logo

İrandan Azərbaycana 24 kq  narkotika keçirmək  istədilər

11:55 19-01-2023 | icon 469
İrandan Azərbaycana 24 kq  narkotika keçirmək  istədilər

Yanvarın 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış və ərazi qapadılmışdı.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya  bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə “Toyota Pirus” markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.

Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Hüseynov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.

Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), 290 ədəd psixotrop həb (“metadon M-40”), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.