logo

Paytaxtda yanmış kişi cəsədi tapılıb

21:18 18-01-2023 | icon 966
Paytaxtda yanmış kişi cəsədi tapılıb

Yanvarın 18-i paytaxtın Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi cəsədinin tapılmasına dair məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, cəsədin 2023-cü il yanvarın 14-də yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.