logo

lham Əliyev Davosda "BP"nin baş icraçı direktoru ilə görüşüb

18:38 18-01-2023 | icon 1050
lham Əliyev Davosda "BP"nin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 18-də Davosda "BP" Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə "BP" şirkətinin Azərbaycanda uzun müddət fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində "BP" şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Bernard Luni uzunmüddətli strateji əməkdaşlığa görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

"BP" Qrupunun baş icraçı direktoru Azərbaycanda əldə olunmuş böyük nailiyyətlər və sürətli inkişaf prosesləri ilə bağlı prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dünyada böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanın qazandığı uğurların önəmini vurğulayan Bernard Luni, eyni zamanda, azad edilmiş ərazilərdə inşaat infrastrukturu sahəsində görülən genişmiqyaslı işləri qeyd edib.

Bernard Luni əminliklə bildirib ki, Azərbaycanda əldə olunan nailiyyətlər böyük inkişaf proseslərinin başlanğıcıdır.