logo

Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi əks nəticə verə bilər-Lavrov

16:16 18-01-2023 | icon 931
Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi əks nəticə verə bilər-Lavrov

Ermənistan ilə Azərbaycanın sərhədində Azərbaycanın razılığı olmadan Avropa İttifaqının missiyasının yerləşdirilməsi əks nəticə verə bilər.

YeniAvropa xəbər verir ki, bu fikri RF xarici işlər naziri Sergey Lavrov  2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

Nazir MDB-də və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) xarici siyasət məsələlərinə dair fikir ayrılıqları barədə sualın cavabında qeyd edib ki, hazırda Ermənistanda mürəkkəb vəziyyət yaranıb. Erməni tərəfi Azərbaycan ilə sərhəddə sabitliyin təmin olunması üçün oraya KTMT-nin missiyasının göndərilməsini zəruri hesab edir.

Rusiya XİN rəhbərinin sözlərinə görə, missiya tam hazır vəziyyətdədir, lakin erməni tərəfi bu məsələni Avropa İttifaqı ilə razılaşdırmağı üstün tutur. Nazir deyib: “Əgər həmin missiya Azərbaycanın razılığı olmadan yerləşdirilsə, o, əks nəticə verə bilər. Bu missiya sərhəddə etimadı möhkəmləndirmək əvəzinə əlavə qıcıq yaradacaq”.