logo

2022-ci ildə 1,3 ton narkotikanın ölkəyə gətirilməsinin qarşısı alınıb

12:12 18-01-2023 | icon 1183
2022-ci ildə 1,3 ton narkotikanın ölkəyə gətirilməsinin qarşısı alınıb

2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon 592 min 485 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 683 kiloqram narkotik xassəli bitki məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin(DSX) 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

Dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 4 halda 4 nəfər sərhəd pozucusu ölüb.