logo

İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.”in prezidenti ilə görüşüb

11:33 18-01-2023 | icon 819
İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.”in prezidenti ilə görüşüb

Prezident İlham Əliyev yanvarın 18-də Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.