Azərbaycandakı dini konfessiyalar 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar
Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.
YeniAvropa həmin bəyanatı təqdim edir:
"Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına xalqımızın ehtiramı daimidir.
Dövlət müstəqilliyi hər bir xalqın qürur mənbəyi, şərəf tarixidir. 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider, habelə dini rəhbərin qətiyyətli mövqeyi xalqı, heç şübhəsiz, daha artıq səfərbər etdi. Bir milyondan artıq insan hərbi rejimin qəddarlığına sinə gərərək, təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini milli adət-ənənələrimizə uyğun şəkildə müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, bizi müstəqilliyə aparan yolun əsasını qoyan 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin milli mücadilə tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi, bu şərəfli yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olaraq həkk olundu.
Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin - Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu.Ali Baş Komandanımız, prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyi ilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.
Multikultural Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar. Azərbaycanın tarixi dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir!
Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, bütün Vətən şəhidlərinin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! Amin!
Şeyxülislam Allahşükür Paşazadə-Qafqaz Müsəlmanları İdarəsinin sədri
Yepiskop Vladimir Fekete-Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi
Arximandrit Aleksiy Nikonorov-Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Melih Yevdayev-Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksandr Şarovski-Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Robert Mobili-Alban-udi xristian dini icmasının sədri
Bakı şəhəri, 18 yanvar 2023-cü il”.
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Rumıniya prezidentinin Azərbaycana səfəri başa çatıb
Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq
Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək-İlham Əliyev
Azərbaycan cari ildə 24,5 milyard m3 qaz ixrac edəcək
Rumıniya əlavə həcmdə Xəzər qazı almaqla maraqlıdır
Sabah Bakıda 9° isti olacaq
İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib
Lənkəranda gözəllik salonundan 12 kq narkotika və saxta ABŞ dollarları aşkarlanıb
Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var-İlham Əliyev
Azərbaycan enerji təchizatının davamlı şaxələndirilməsinə hazırdır
Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir
Şimal rayonlarına qar yağır: Qrızda mənfi 8,5 ° şaxta var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Rusiyanın heç bir hücumu cavabsız qalmayacaq-Zelenski
Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 54-cü günü
Azərbaycan Paris “Böyük dəbilqə”sində 9 cüdoçu ilə təmsil olunacaq