Azərbaycan Ordusunun kadr işləri üzrə heyətin toplanışı keçirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq ötən il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib.
General-mayor E.Xəlilov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və kompleksləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.
Qırğızıstan dövlət bayrağını dəyişdirir
Bakıda “Yeni media mühitində təhsil və məşğulluq imkanları” adlı konfrans keçirilib
Bakı yenidən Beynəlxalq Sığorta Forumuna ev sahibliyi edəcək
Ekoloji qaydaların pozulması hallarının qarşısı alınıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq
Respublika fənn olimpiadaları keçiriləcək
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 85,77 dollara satılır
21 yaşlı nəvəsi tərəfindən bıçaqlanan baba aparıldığı xəstəxanada öldü
Serbiya prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlini qoyub
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib
Azərbaycan və Gürcüstan universitetləri əməkdaşlıq edəcək
Ödənişli yolun Xaçmazdan keçən hissəsində qəza: 2 nəfər ölüb
Zaqatalada nəvə babasına bıçaqladı
SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumu gələn il qardaş ölkədə keçiriləcək
Bakıda Orta Dəhliz üzrə tarif siyasəti müzakirə olunub
Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların hərəkəti dəyişdirilib
SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb
Azərbaycan və Özbəkistan QHT-lərinin bir-birini dəstəkləməsi vacibdir-Aygün Əliyeva
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb
Milli Məclis Ermənistan parlamentinin spikerinin açıqlamasına münasibət bildirib
Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
"Muğanbank"ın əmanətçilərinə 65 milyon manat kompensasiya ödənilib