logo

Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdü

17:57 17-01-2023 | icon 805
Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdü

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağcabədi rayonunda qadının qəsdən öldürülməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Ağcabədi rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.