logo

Bakıda keçiriləcək dünya kubokuna 16 ölkədən 63 gimnast qatılacaq

11:55 17-01-2023 | icon 2289
Bakıda keçiriləcək dünya kubokuna 16 ölkədən 63 gimnast qatılacaq

Fevralın 18-19-da Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından (AGF) bildirilib. 

Qeyd edilib ki, böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

Yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.