logo

Avropa İttifaqı Ermənistana 200 nəfərlik yeni missiyası göndərir

11:27 17-01-2023 | icon 301
Avropa İttifaqı Ermənistana 200 nəfərlik yeni missiyası göndərir

Avropa İttifaqı(Aİ) Ermənistana yeni missiya göndərəcək.

YeniAvropa  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.

Məlumata görə, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi layihəni bəyənib.

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.