logo

Gəncə Dövlət Universitetinin kollecində yanğın olub

20:30 16-01-2023 | icon 854
Gəncə Dövlət Universitetinin kollecində yanğın olub

Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin(GDU) Regional Kollecində yanğın baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.