logo

Azərbaycanda zəlzələ baş verib

17:17 16-01-2023 | icon 1771
Azərbaycanda zəlzələ baş verib

Yanvarın 16-da Qobustan seysmoloji stansiyasından 13 kilometr şimal-qərbdə - Qobustan rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 16:09-da qeydə alınan zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss olunmayıb.