logo

Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılıb

16:46 16-01-2023 | icon 1400
Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələrinə başlanılıb

Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən “Turan” Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürməyə başladığını açıqlayıb.

YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara aiddir. “Turan” maliyyə tətbiqinin qurucusu və baş direktoru Özgür Bayraktar deyib: “Ən mühüm hədəflərimizdən biri “Turan” və Türk dövlətlərini iqtisadi cəhətdən bir-birinə daha da yaxınlaşdırmaqdır. 2023-cü ildə Özbəkistana komissiyasız pul köçürmələrinə başlamaq niyyətindəyik”, - deyə o bildirib.