logo

Avropa İttifaqı Ukraynaya 18 milyard avro yardım ayırıb

16:26 16-01-2023 | icon 1855
Avropa İttifaqı Ukraynaya 18 milyard avro yardım ayırıb

Bu gün, yanvarın 16-da Ukrayna və Avropa İttifaqı 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə memorandum imzalayıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal özünün "Twitter" hesabında məlumat paylaşıb.

Bildirib ki, Ukrayna bu yardımın üç milyard avro məbləğində birinci tranşının bu həftə ödəniləcəyinə ümid edir.

“Ukrayna və Aİ ölkəmizə 18 milyard avro məbləğində makromaliyyə yardımı ayrılması barədə anlaşma memorandumu imzalayıblar. Üç milyard avro məbləğində tranşın bu həftə ödəniləcəyini gözləyirik”,-deyə Denis Şmıqal paylaşımında qeyd edib.