logo

Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

16:06 16-01-2023 | icon 2093
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək

Avropa Voleybol Konfederasiyası(CEV) azərbaycanlı hakimə təyinat göndərib.

YeniAvropa Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.