logo

Rusiya işğalı başlayandan Ukrayna Qərbdən 4 min hərbi texnika alıb

15:55 16-01-2023 | icon 1358
Rusiya işğalı başlayandan Ukrayna Qərbdən 4 min hərbi texnika alıb

ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Kiyevi 4 mindən çox hərbi texnika ilə təmin edib.

YeniAvropa "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, Ukraynaya tədarük olunan silahlar arasında artilleriya qurğuları və digər silah sistemləri var. Bundan sonra NATO ölkələri Kiyevə daha güclü silahlar verəcək.

Agentliyin məlumatına görə, Qərb ölkələri indiyə qədər Kiyevi 300 ədəd piyadaların döyüş maşını, 1,1 min ədəd zirehli transportyor, 210 ədəd M777 artilleriya sistemi, 400 ədəd özüyeriyən artilleriya qurğusu və 410 ədəd tankla silahlandırıb. Yaxın zamanlarda Böyük Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” tankı tədarük edəcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib və Ukraynanı silahlandırmağa başlayıb.