logo

20 Yanvar faciəsinin ildönümünə hazırlıqlara başlanılıb

13:33 16-01-2023 | icon 1232
20 Yanvar faciəsinin ildönümünə hazırlıqlara başlanılıb

Bakıda Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, ənənəvi olaraq xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Şəhər icra hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, işıq dirəkləri rənglənir, bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika işləri aparılır. Bundan başqa ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.