Bu gün rekord sayra iştirakçı ilə Davos Dünya İqtisadi Forumu başlayır
Bu gün İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu öz işinə başlayır.
YeniAvropa xəbər verir ki, yanvarın 20-dək davam edəcək builki forumda rekord sayda-130 ölkədən 52 dövlət və hökumət başçıları, eləcə də 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı gözlənilir.
Foruma qatılanlar sırasında Polşa prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq, Serbiya prezidenti Aleksandr Vuçiç, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva və digərləri yer alır.
Toplantıda əsas müzakilərdən biri Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirlərinə həsr ediləcək.
Bundan əlavə Forumun builki gündəliyində beş tematik mövzu üstünlük təşkil edir. Enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas prioritet müzakirə mövzularından biri olacaq. Digər müzakirə mövzusu yüksək inflyasiya, aşağı artım, yüksək borclu iqtisadiyyatlar kimi problemlərin həllində rol oynayan investisiyanın, ticarətin və infrastrukturların yeni sistemlər vasitəsilə inkişaf yollarıdır. Həmçinin Dördüncü Sənaye İnqilabı (4İR), iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular Davos İqtisadi Forumun gündəliyinə daxil edilib. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü müzakirə mövzusu olacaq.
Qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılması mövzusu da aktuallıq təşkil edəcək.
Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq, 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata əsasən, mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.
Qlobal Risk Hesabatında Qlobal Risk Qavrama Sorğusunun (GRPS) 10 illik risklər kateqoriyasında isə daha çox ekosistem ilə bağlı böhranlar qeydə alınıb. Belə ki, “İqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “İqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “Təbii fəlakətlər və ekstremal hava hadisələri” və “Biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması” əsas böhrana aparacaq risk kateqoriyalarıdır.
Əfv Komissiyasında 100-dən artıq müraciətə baxılıb
Lavrov Bayramovla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cinayət məsuliyyəti müəyyənləşib
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün Azərbaycanda 444 doza vaksin vurulub
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq
Tarif Şurasının iclası keçirilib
Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb
Sabahdan banklardakı əmanətlər vergiyə cəlb olunacaq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi azalacaq