logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb 

11:22 16-01-2023 | icon 966
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb 

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 122 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarılan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.