Azərbaycan səfiri etimadnaməsini Roma Papasına təqdim edib
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov etimadnaməsini Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə təqdim edib.
YeniAvropa xəbər verir ki, görüşdə səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını Papa Fransiskə çatdırıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib. Səfir bildirib ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri otuzillik dövr ərzində böyük inkişaf yolu keçib. Bu müddət ərzində Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərlərini, eləcə də Papa Fransiskin Azərbaycana səfərini xatırladıb.
Qeyd olunub ki, Azərbaycanın Müqəddəs Tax-Tacda səfirliyinin təsis olunması ikitərəfli əlaqələrə verilən önəmin göstəricisidir.
Söhbət zamanı Papa Fransisk salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmağı xahiş edib. Roma Papası 2016-cı ildə prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərini, səfər çərçivəsində dini icmalarının nümayəndələri ilə görüşünü məmnunluqla xatırladıb. Azərbaycanda isti münasibətlə qarşılandığını, səfərdən xoş təəssüratla ayrıldığını qeyd edib.
Roma Katolik Kilsəsinin rəhbəri regiondakı vəziyyətlə maraqlanıb, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi önəm verdiyini, ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasındakı səmərəli əməkdaşlığı qeyd edən Papa Fransisk Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin mədəni irsin qorunması sahəsində böyük işlər olduğunu bildirib. Həmin layihələrin dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət etdiyi qeyd olunub.
Səfir isə öz növbəsində bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda reallaşdırılan layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiqləyir.
Papa Fransisk səfirdən Azərbaycan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
İlqar Muxtarovun Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinlə görüşündə isə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb. Səfir kardinal Pietro Parolinin ölkəmizə səfərə dəvət olunduğunu xatırladıb.
Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfəri edəcəyini bildirib.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub