Gələn həftə ölkədə hava şəraiti nisbətən sabit keçəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-nə olan məlumatına əsasən hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, qar örtüyünün hündürlüyü Lerikdə 24, Qobustanda 18, Altıağacda 17, Qaxda 11, Yardımlıda 10, Qusar, Zaqatalada 9, Xaltanda 8, Göytəpə, Daşkəsəndə 7, Göygöldə 6, Şəkidə və Qəbələdə 4 santimetr olub.
Cənub-şərq küləyi əsib, Xaçmazda saniyədə 18, Şabranda 16 metrədək güclənib.
Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1°-dək aşağı olub. Belə ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan Muxtar Respublikasında 6-13°, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta təşkil edib.
Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8° isti olacağı ehtimal edilir.
Azərbaycan İsrailə başsağlığı verib
BMT baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib
Avropa İttifaqı Azərbaycana başsağlığı verib
Qazaxıstan XİN Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyib
Misir prezidenti Bakıda Azərbaycanın iş adamları ilə görüşüb
Qardaş Azərbaycan xalqı ilə həmrəyik-Pakistan XİN
Azərbaycan və İran XİN başçıları telefonla danışıb
Qırğızıstanın XİN başçısı Azərbaycana başsağlığı verib
İrandakı səfirliyə hücum zamanı öldürülən Orxan Əsgərov Bakıda dəfn olunacaq
SOCAR ötən il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında 21 məsələyə baxılacaq
Ərdoğan Azərbaycanın İrandakı səfirliyində törədilən terroru kəskin şəkildə qınayıb
Bu gün koronavirusa qarşı 328 doza vaksin vurulub
Azərbaycanda daha 24 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Sahibə Qafarova İƏT Parlament İttifaqının 17-ci konfransında çıxış edəcək
Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır-Çavuşoğlu
İran vətəndaşından 6 kq narkotika alan şəxs saxlanılıb
Misir prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
İran səfiri Azərbaycan səfirliyinə qarşı silahlı hücumu pisləyib
İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
AZAL martdan Rusiyanın 3 şəhərinə aviareyslərə başlayır
DTX: Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb
Rəsmi Bakı Tehrandan səfirliyimizə terror hücumunu törədənlərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub