logo

Bu gün 594 doza vaksin vurulub

16:46 14-01-2023 | icon 2317
Bu gün 594 doza vaksin vurulub

Yanvarın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 594 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 141, üç və daha çox doza vaksinlərin sayı 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 937 min 485, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 953, ikinci mərhələ üzrə 4 milyon 876 min 254, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 360, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 918-dir.