logo

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib

13:33 14-01-2023 | icon 1204
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib

Yanvarın 14-də Zaqatala seysmoloji stansiyasından 29 kilometr şimal-qərbdə - Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 12:36-da qeydə alınan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4.3-ə bərabər olan zəlzələ episentrdə 4, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.