logo

Mərkəzi Bank 17 sığorta agentinin lisenziyasını ləğv edib

12:32 14-01-2023 | icon 1253
Mərkəzi Bank 17 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı(AMB) 15 nəfər fiziki şəxsə, 1 hüquqi şəxsə və 1 müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

AMB-dan YeniAvropa-ya bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 11 yanvar 2023-cü il tarixli qərarı ilə qəbul edilib.