logo

Paytaxtda mebel sexi yanıb

09:59 14-01-2023 | icon 4858
Paytaxtda mebel sexi yanıb

Bakı şəhərində mebel sexi yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 500 kvadratmetr olan mebel sexinin ondulindən ibarət dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi, içərisində olan mebeller və 5 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.