logo

Haaqa Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiasına baxılacaq

22:33 13-01-2023 | icon 2520
Haaqa Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiasına baxılacaq

Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Məhkəmənin yaydığı açıqlamasında qeyd edilib.

Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq.

Dinləmələr Haaqadakı Sülh sarayında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 3-də təqdim edib.