logo

Güclü külək Xaçmazda 17 mindən çox abonenti işıqsız qoydu

20:20 13-01-2023 | icon 875
Güclü külək Xaçmazda 17 mindən çox abonenti işıqsız qoydu

Güclü külək Xaçmazda elektrik təsərrüfatına ciddi ziyan vurub.

YeniAvropa xəbər verir ki, bu barədə Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu məlumat verib.

Bildirib ki, rayon mərkəzində və 94 kənddə elektrik enerjisinin kəsilməsi səbəbindən 17 min 300 abonent işıqsız qalıb.

Güclü külək bir çox ərazilərdə elektrik naqillərini qırıb, dirəkləri aşırıb. Hazırda müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Külək nəticəsində şəhər mərkəzində beşmərtəbəli, dördbloklu yaşayış binasının dam örtüyü uçub, rayon ərazisində ümumilikdə, 6 ağac kökündən qoparaq aşıb.

Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Hazırda rayonda külək əsməkdə davam edir.