logo

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

18:18 12-01-2023 | icon 2478
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz əməliyyat olunub.

YeniAvropa Türkiyə KİV-nə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsində dizindən əməliyyat keçirib.

Türkiyə Futbol Federasiyası prosesin uğurlu alındığını, çalışdırıcının tezliklə işinin başında olacağını açıqlayıb.

Qeyd edək ki, Stefan Kuntz 2021-ci ilin sentyabrından Türkiyə yığmasını çalışdırır.