logo

Məhkəmə Vüqar Səfərli ilə bağlı 8 illik həbs qərarını dəyişdirmədi

17:57 12-01-2023 | icon 518
Məhkəmə Vüqar Səfərli ilə bağlı 8 illik həbs qərarını dəyişdirmədi

Keçmiş vəkil, külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

YeniAvropa xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 illik həbs cəzası qərarına baxılıb.

Qərar dəyişdirillmədən saxlanılıb.

Qeyd edək ki, ittiham aktına görə Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır. V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Keçmiş vəkilin ona 130 min manatdan çox zərər vurduğu bildirilir.

Vüqar Səfərli həbs olunduqdan sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.