logo

ATƏT Bakı-İrəvan münasibətlərinin normallaşmasına diqqəti artıracaq

17:44 12-01-2023 | icon 1190
ATƏT Bakı-İrəvan münasibətlərinin normallaşmasına diqqəti artıracaq

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı(ATƏT) Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə diqqət yetirəcək”.

YeniAvropa xəbər verir ki, bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Vyanada keçirdiyi mətbuat konfransında deyib.

44 yaşlı siyasətçi bildirib ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanla telefonla danışıb və regiondakı mövcud vəziyyəti müzakirə ediblər: “Bəli, Ukraynadakı müharibə mövzusu bizim əsas təhlükəsizlik prioritetimizdir. Lakin ATƏT regionunda digər potensial böhranların ortaya çıxması da diqqət mərkəzimizdədir”.

Daha əvvəl B.Osmaninin Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığı barədə məlumat verilmişdi.