logo

Vyanada ATƏT XİN başçılarının iclası keçiriləcək

17:07 12-01-2023 | icon 1120
Vyanada ATƏT XİN başçılarının iclası keçiriləcək

Avstriyanın paytaxtı Vyanada bu il martın 17-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının(ATƏT) xarici işlər nazirlərinin iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə ATƏT-in baş katibi Helqa Şmid mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, islasın əsas mövzuları Əfqanıstandakı vəziyyət, iqlim dəyişikliyi, inflyasiya, insan alveri və korrupsiya ilə mübarizə olacaq.

H.Şmid vurğulayıb ki, ATƏT Ukrayna xalqına dəstəyini davam etdirəcək.