logo

“Neftçi”nin yoxlama görüşü ləğv olunub

16:56 12-01-2023 | icon 1806
“Neftçi”nin yoxlama görüşü ləğv olunub

Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubunun “Baçka Topola” ilə yoxlama oyunu ləğv olunub.

YeniAvropa klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi yanvarın 15-də Serbiya klubu ilə qarşılaşmalı idi. Həmin gün “Neftçi” Polşanın “Medz Leqnisa” klubu ilə üz-üzə gələcək. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın birinin ləğvinə qərar veriblər.

Qeyd edək ki, Antalyadakı ilk yoxlama görüşündə Macarıstanın “Vaşaş” klubu ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-da sonuncu oyununda Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.