logo

Bu il işğaldan azad edilmiş ərazilərdə bir neçə məktəb istifadəyə veriləcək

15:05 12-01-2023 | icon 2030
Bu il işğaldan azad edilmiş ərazilərdə bir neçə məktəb istifadəyə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə tikilən təhsil müəssisələrinin bir qismi bu il istifadəyə veriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev "Təhsil masası"nda deyib.

Onun sözlərinə görə, Suqovuşanda tikilən kənd məktəbi artıq açılışa hazırdır: "Həmçinin Şuşada 960 yerlik, Ağdamda 1 nömrəli 960 yerlik, Kəlbəcərdə 960 yerlik orta məktəblərin bu ilin sentyabr ayında istifadəyə verilməsi gözlənilir. Özbəkistan tərəfindən Füzulidə, yerli sponsor tərəfindən isə Cəbrayılda 960 yerlik orta məktəbin tikintisi aparılır. Bunlarla yanaşı, Füzulidə 960 yerlik peşə məktəbinin tikintisi yekunlaşmaq üzrədir. Şuşa Real məktəbinin layihələndirmə işləri isə davam etməkdədir".

Fərhan Əliyev qeyd edib ki, Laçının Zabux kənd məktəbinin təmirinə başlanılıb, sentyabrda təhvil veriləcək.