logo

Ekoloji sahədə Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə edilib

13:13 12-01-2023 | icon 462
Ekoloji sahədə Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və BƏƏ arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.