logo

Ağstafada dövlət sərhədini pozan 2 Azərbaycan vətəndaşı saxlanılıb

12:12 12-01-2023 | icon 469
Ağstafada dövlət sərhədini pozan 2 Azərbaycan vətəndaşı saxlanılıb

Yanvarın 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Qurumun mətbuat mərkəzindən YeniAvropa-ya verilən məlumata görə, araşdırma zamanı onların 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyənləşdirilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.