Hərbçilər icbari narkoloji müayinədən keçəcəklər
“Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası” təsdiq edilib.
YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaydalara əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri (bundan sonra – tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
İcbari narkoloji müayinədən keçmə vaxtı şəxslərin xidmət keçdikləri hərbi hissənin, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların (bundan sonra – müvafiq orqanlar) rəhbərləri ilə tibb müəssisələrinin rəhbərləri arasında əvvəlcədən olan razılıq əsasında müəyyən edilir.
Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur.
İcbari narkoloji müayinə müddətli həqiqi hərbi xidmətə çağırışı həyata keçirən orqana və tibb müəssisələrinə dövlət büdcəsindən ayrılmış büdcə təxsisatları çərçivəsində aparılır.
Tibb müəssisəsi tərəfindən şəxsin icbari narkoloji müayinəsinin nəticəsinə dair sənəd tərtib edilir, tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiqlənir və müvafiq orqana (orqanın aidiyyəti struktur bölməsinə) göndərilir, surəti isə tibb müəssisəsində saxlanılır.
İcbari narkoloji müayinənin nəticəsinə dair sənəddə şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak edilməsi faktının aşkarlanması və aparılan laborator tədqiqatların nəticələri əks olunur.
Tibb müəssisəsində icbari narkoloji müayinə zamanı əldə olunan nəticələrin qeydiyyatının aparılması təmin edilir.
Müvafiq orqanlar şəxsin icbari narkoloji müayinəsinin nəticələrindən irəli gələn, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edirlər.
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
Rumıniya prezidentinin Azərbaycana səfəri başa çatıb
Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq
Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək-İlham Əliyev
Azərbaycan cari ildə 24,5 milyard m3 qaz ixrac edəcək
Rumıniya əlavə həcmdə Xəzər qazı almaqla maraqlıdır
Sabah Bakıda 9° isti olacaq
İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib
Lənkəranda gözəllik salonundan 12 kq narkotika və saxta ABŞ dollarları aşkarlanıb
Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var-İlham Əliyev
Azərbaycan enerji təchizatının davamlı şaxələndirilməsinə hazırdır
Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir
Şimal rayonlarına qar yağır: Qrızda mənfi 8,5 ° şaxta var
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Rusiyanın heç bir hücumu cavabsız qalmayacaq-Zelenski
Qaxda qar örtüyünün hündürlüyü 19 santimetrə çatır
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 54-cü günü
Azərbaycan Paris “Böyük dəbilqə”sində 9 cüdoçu ilə təmsil olunacaq