Laçın-Xankəndi yolunda etiraz aksiyasının 32-ci günü
Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların dinc şəkildə təşkil etdikləri aksiya 32 gündür davam edir.
YeniAvropa xəbər verir ki, hazırda əraziyə yağan güclü qar aksiyanın gedişinə heç bir maneə yaratmır. Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır.
Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir. Etirazçıların qətiyyəti də tələbkarlıqları kimi sərtdir.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Əfv Komissiyasında 100-dən artıq müraciətə baxılıb
Lavrov Bayramovla Laçın dəhlizindəki vəziyyəti müzakirə edib
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürülüb
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı yeni cinayət məsuliyyəti müəyyənləşib
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün Azərbaycanda 444 doza vaksin vurulub
Azərbaycan və Ukrayna iş adamları arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda daha 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
“Eurovision 2023”ün loqo və şüarı təqdim olunub
İctimai nəqliyyatda gediş haqqı 40 qəpik olacaq
Tarif Şurasının iclası keçirilib
Ötən il Azərbaycanda 322,3 min ton pambıq yığılıb
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb
Sabahdan banklardakı əmanətlər vergiyə cəlb olunacaq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür
İrandakı terror hadisəsi ilə bağlı qeyri-dəqiq məlumatlar yayımlanır-DTX
Polis pytqaxtda keçmiş məhkumu tapança ilə saxlayıb
Bəzi magistral avtomobil yollarında görmə məsafəsi azalacaq