logo

Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən getdi

10:50 12-01-2023 | icon 1568
Vasif Talıbovun qızı “Naxçıvan Bank”ın rəhbərliyindən getdi

Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qızı Baharxanım Talıbova ölkənin yeganə regional bankı olan “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurasının(MŞ) üzvlüyündən çıxarılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Bankdan verilən açıqlamada bildirilib. 

Qeyd edilib ki, Bank-ın Müşahidə Şurası yenidən formalaşdırılıb.İndiyədək MŞ-ya sədrlik edən Əsədulla İsgəndərov vəzifəsindən azad edilib, onun yerinə Binnət Novruzov təyin olunub. Keçmiş sədr bundan sonra Şuranın üzvü kimi fəaliyyət göstərək, onunla birlikdə Şurada həm də Rüfət Məmmədov üzv kimi təmsil olunacaq.

Bundan başqa, MŞ-nın üzvü Rifat Mahmudov da vəzifələrindən azad ediliblər.

Qeyd edək ki,  2008-ci ildə yaradılan “Naxçıvan Bank”ın nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları isə adları açıqlanmayan 4 fiziki şəxsdir.

Xatırladaq ki, ötən ay sosial şəbəkələrdə Naxçıvan Diaqnostika Mərkəsinə rəhbərlik edən Baharxanım Talıbovanın DTX-da dindirilməsi barədə məlumatlar yayılıb.