logo

Bu gün Xankəndi-Laçın yolundan sülhməramlıların 43 avtomobili maneəsiz keçib

23:33 11-01-2023 | icon 882
Bu gün Xankəndi-Laçın yolundan sülhməramlıların 43 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda davam edən etiraz aksiyası ərazisindən bu gün ərzində hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 43 avtomobil maneəsiz hərəkət edib.

YeniAvropa xəbər verir ki,günün birinci yarısında bu rəqəm 24-ə bərabər olub. Günün ikinci yarısında təqribən eyni miqdarda avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.