logo

Azərbaycan və Türkiyə XİN başçılarınin telefon danışığı olub

15:35 11-01-2023 | icon 1337
Azərbaycan və Türkiyə XİN başçılarınin telefon danışığı olub

Yanvarın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib  ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.