logo

Kreml Paşinyanın Qarabağa BMT missiyası göndərməsi barədə təklifini şərh edib

14:32 11-01-2023 | icon 2779
Kreml Paşinyanın Qarabağa BMT missiyası göndərməsi barədə təklifini şərh edib

İstənilən missiya Qarabağa Bakı və Yerevanın icazəsi ilə göndərilə bilər.

YeniAvropa xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın BMT-də Qarabağa çoxmillətli missiya göndərilməsi ilə bağlı təşəbbüs irəli sürməsi təklifinə münasibət bildirərək qeyd edib ki, bu mövzu dəfələrlə qaldırılıb, lakin çoxmillətli missiyanın göndərilməsi Azərbaycan və Ermənistanın razılığı ilə olmalıdır.