logo

Prokurorluq orqanlarındakı 85 qadın əməkdaşdan 2-si rayon prokurorudur

13:53 11-01-2023 | icon 1694
Prokurorluq orqanlarındakı 85 qadın əməkdaşdan 2-si rayon prokurorudur

Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır.

YeniAvropa xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

Kamran Əliyev bildirib ki, onlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illərdə keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub: “Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir”.