logo

Sülhməramlıların 24 avtomobili artıq aksiya ərazisindən keçib

12:32 11-01-2023 | icon 1141
Sülhməramlıların 24 avtomobili artıq aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən heç bir maneə olmadan sərbəst hərəkət edirlər.

YeniAvropa xəbər verir ki, bu saatlarda Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid 10 təminat avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Laçından Xankəndi istiqamətinə hərəkət edən sülhməramlılara aid 14 təminat avtomobilinin aksiya ərazisindən keçidi təmin edilib. Həmişəki kimi, bu dəfə də onların sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.