logo

Abşeron rayonunda yaşayış binasında yanğın olub

12:12 11-01-2023 | icon 462
Abşeron rayonunda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.