logo

Xızıda 31 sm qar yağıb, Qubada 16° şaxta var

11:11 11-01-2023 | icon 434
Xızıda 31 sm qar yağıb, Qubada 16° şaxta var

Yanvarın 10-u axşam saatlarından başlayaraq bütün şimal rayonlarına qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Xızı rayonun Altıağac qəsəbəsində qarın hüdürlüyü 31 santimetrə çatır. Bölgədə ən aşağı temperatur (-16 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 19 santimetr, Xaltanda 25, Təngəaltıda 25, Qrızda isə 1 santimetr olub. Qusarın Ləzə kəndinə 9, Xaçmaza 18, Şabrana 12 santimetr qar yağıb.

Bölgədə qarlı hava şəraitinin yanvarın 12-dək davam edəcəyi proqnozlaşdırılır.