logo

Yunanıstanın sonuncu kralı 82 yaşında vəfat edib

09:59 11-01-2023 | icon 1687
Yunanıstanın sonuncu kralı 82 yaşında vəfat edib

Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.

Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. Yeddi gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1964-cü il martın 6-dan 1973-cü il iyunun 1-dək Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.