Ceyhun Bayramov ATƏT sədrinə bölgədəki vəziyyətdən danışıb
Yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi, Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Ermənistanın üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın qeyri-qanuni istismar olunmuş mineral resurslarının Ermənistana daşınması, o cümlədən Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minaların gətirilməsi ilə mina təhdidini davam etdirməsi, Azərbaycan ərazisindən hələ də çıxarılmamış erməni silahlı qüvvələrinin təminatı, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə sui-istifadə olunduğunu, bütün bu faktların Azərbaycan tərəfinin haqlı etirazına səbəb olduğunu bildirib.
Etirazlara gətirən səbəblər, eləcə də Azərbaycan tərəfinin monitorinq aparmaq məqsədilə danışıqlar cəhdi barədə məlumat verilərək, ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyasının Azərbaycan ərazilərində 30 ilə yaxın işğal dövründə aparılmış və son dövrlərdə daha da intensivləşmiş təbii sərvətlərin talanmasının qarşısının alınmasına yönəldiyi diqqətə çatdırılıb.
Laçın yolundan vətəndaşların, Beynəlxalq Qızıl Xaç Komitəsinin, təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin maneəsiz keçidini nümayiş etdirən videogörüntülərin guya Azərbaycanın erməni sakinlərini “blokadaya” aldığı, bölgədə “gərgin humanitar vəziyyət” yaşanması barədə iddiaların əsassızlığını sübut etdiyi vurğulanıb.
Nazir Buyar Osmani sədrliyi ilə ATƏT çərçivəsində işlər və planlar barədə fikirlərini bölüşüb, bununla yanaşı, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində addımlar atılmasının və dialoqun vacibliyini diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib