logo

Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

18:40 10-01-2023 | icon 2016
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub,4 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 434 nəfər müalicə olunaraq sağalıb, 10 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 532 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 503, bu günə qədər isə ümumilikdə 7 milyon 447 min 795 test icra olunub.