logo

Faktiki hava:Dağlıq rayonlarda 11°-dək şaxta qeydə alınıb

16:14 10-01-2023 | icon 609
Faktiki hava:Dağlıq rayonlarda 11°-dək şaxta qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-da saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Şəki, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Cəfərxan, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Bakı, Maştağa, Binə, Neft Daşlarında zəif qar yağır.

YeniAvropa xəbər verir ki, bu barədə Xidmətdən verilən məlumatda bildirilib.Qeyd edilib ki, digər rayonlarda yağıntıda qısa fasilə yaranıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və aran rayonlarında 0°-yə yaxındır, dağlıq və dağətəyi rayonlarda isə 11°-dək şaxta müşahidə olunur.